Tezis göndərilməsi
Tezislərin hazırlanması və təqdim olunması qaydaları
- Tezis Azərbaycan və ya ingilis dilində təqdim edilməlidir.
- Tezisin həcmi boşluqlar daxil olmaqla maksimum 2500 işarə olmalıdır.
- Mətn Times New Roman şriftində, 11 pt ölçüdə tərtib edilməlidir.
- Tezisdə məruzənin adı, bütün müəlliflərin tam adı və soyadı, eləcə də onların təmsil etdikləri müəssisənin adı göstərilməlidir.
- Tezis aşağıdakı ardıcıllıqla tərtib edilməlidir: Aktuallıq, Məqsəd, Material və metodlar, Nəticələr, Xülasə.
- Təqdim olunan tezis müəllifin orijinal işi olmalı, etik normalara uyğun hazırlanmalı və plagiat elementləri daşımamalıdır.
- Elmi Komitə təqdim olunan tezisləri elmi məzmun, tərtibat və tədbirin mövzusuna uyğunluq baxımından qiymətləndirəcəkdir. Zərurət yarandıqda tezis müəllifə düzəliş üçün geri qaytarıla və ya qəbul edilməyə bilər.
Tezislər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir: patologiyatezis2026@gmail.com
🗓️ Tezislərin son qəbul tarixi: 15 Oktyabr 2026-cı il.
Tezis nümunəsi
Hazırlanmış nümunə faylı yükləyib formatı görə bilərsiniz (PDF, DOC).


